“Traxtur”u sevən heç bir tərəfdarın meydana yad əşya atmaq istəmədiyini, bunu kimlərinsə bilərəkdən təşkil etdiyini vurğulayan Sağlam Futbol Federasiyasının məsələ ilə bağlı qərarının İran futbolunun gələcəyinə təsir edəcəyini söyləyib.
Ə.Sağlam deyib ki, bütün video-görüntülərdə “Persepolis” komandasının üç oyunçusunun gərginliyin yaranmasında xüsusi rol oynadığı aydın görünür.
“Oyun dayandırıldıqdan, gərginlik yatırıldıqdan qısa müddət sonra “Persepolis” oyunçularından meydana qayıtmağı istəsək də, onlar bundan imtina etdilər. Onlar oyunu davam etdirmək niyyətində olmadıqlarını bildirdilər”, – deyə Ərtoğrul Sağlam rəqib komandanın oyunun yarımçıq qalmasında maraqlı olduğuna işarə edib.
Qeyd edək ki, İran Premyer Liqasının 29-cu həftəsinin qarşılaşmaları çərçivəsində bu gün Təbrizdə “Traxtur” və Şirazın “Fəcri Şəhid Sepasi” komandalarının görüşü Təbrizdə təhlükəli hava çirkliliyi səbəbindən ləğv edilib.
Mayın 19-da Təbrizin “Səhənd” (Yadiqari İmam) stadionunda “Traxtur” və Tehranın “Persepolis” komandaları arasında baş tutan qarşılaşma gərginlik yarandığı üçün yarımçıq dayandırılıb.
Xatırladaq ki, Tehran komandasının oyunçularının “Traxtur” tərəfdarlarına qarşı qeyri-etik davranışları oyunçular və stadiona toplaşanlar tərəfindən etirazlarla qarşılaşıb.