“İqtisadi və mədəni sahələrdə problemlərin yığılıb qalması ölkəni ciddi təhlükə ilə üzləşdirib. Buna görə ciddi dəyişikliklərə ehtiyac var”, – deyə Rzayi bu barədə Əli Xameneyinin göstəriş verdiyini bildirib.
Möhsün Rzayinin hazırkı böhranı nəzarət altına almaq üçün hökumətin “əməliyyat” apardığını iddia etməsinə baxmayaraq mütəxəssislər ölkənin iqtisadi təməllərinin dağıldığını deyirlər.
Bir müddət öncə İran hökumətinin tanınmış siyasi və iqtisadi təhlilçilərindən olan Əhməd Zeydabadi ölkənin ağır durumda olduğunu deyib.
“Təəssüf ki, İran iqtisadiyyatının təməlləri çox zəifləyib və bəzi sahələrdə tamamilə dağılıb.
Bu məsələ ictimai mədəniyyətə də böyük təsir göstərmiş və siyasi dəstələr arasında yanlış istiqamətləndirici və qeyri-sağlam rəqabət predmetinə çevrilmişdir”, – deyə Zeydabadi qeyd edib.