Vaxt.Az
Həcc ziyarəti 1000 dollar bahalaşıb
Bütün vaksinlər ziyarət üçün keçərlidir
Bu il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb. Həcc ziyarətinin qiyməti isə bir nəfərə görə 5 min 350 ABŞ dolları müəyyən olunub. Bu barədə “Turan”a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. Vurğulanıb ki, mayın 25-dən Həcc ziyarətinə gedən şəxslər üçün sənəd qəbuluna başlanılır. Həcc ziyarətinə getməzdən 72 saat əvvəl PCR testi verilməlidir: “Həmçinin, iki doza vaksin tələb olunur. Azərbaycanda icazə verilən bütün vaksinlər ziyarət üçün keçərlidir”.Koronavirus pandemiyası səbəbindən son
iki ildə (2020-2021) Azərbaycandan Həcc ziyarətinə gedən olmayıb. QMİ-dən verilən
məlumata görə, 2020-ci il üçün Həcc ziyarəti kvotası 1 min 500 nəfər müəyyən
edilmişdi. Ziyarətin qiymətinin isə həmin il 4 min 490 ABŞ dolları olacağı
bildirilmişdi.
Azərbaycanda Həcc ziyarətini Qafqaz Müsəlmanları
İdarəsi təşkil edir. Son illər Azərbaycanda zəvvarların sayında azalma, qiymətdə
bahalaşma var.
24.05.2022 çap et