Vaxt.Az

Duz fırtınaları Güney Azərbaycanı təhdid edir


 

Urmiyadan Təbrizə qədər bitki örtüyü ilə yanaşı başqa canlıların da həyatı təhlükədədir

Duz fırtınaları Güney Azərbaycanı təhdid edir Təbriz Universitetinin Planlaşdırma və Ətraf Mühit Elmləri Fakültəsinin rəhbəri Bəhruz Sari duz fırtınaları ilə bağlı xəbərdarlıq edib. Bəhruz Sari mediaya verdiyi açıqlamada Urmiya gölünün qurumuş yatağından qalxan duz fırtınalarının Güney Azərbaycan şəhərlərini təhdid etdiyini deyib.

“Duz fırtınaları yaxın gələcəkdə başda Təbriz olmaqla Şərqi Azərbaycan əyalətinin bir çox bölgələrində faciəli ekoloji problemlər yarada bilər”, – deyə Sari bildirib.

Hal-hazırda Urmiya gölündə olan su həcmi 3 milyard kubmetrdir və bu gölünün təbii vəziyyətindəki 30 milyard kubmetrlik su tutumu ilə müqayisədə cüzi sayılır.

Gölün su ehtiyatı və sahəsinin 90 faizini azalması nəticəsində qurumuş yataqda mövcud olan duz fırtınalar səbəbindən ətraf bölgələrə yayılır.

Bəhruz Sari Ərəbistan və İraqdan başlayan toz fırtınalarının Urmiya gölü üzərindən keçdikdə duz fırtınalarına çevriləcəyi, Təbrizə qədər yayılacağı və bitki örtüyü ilə yanaşı başqa canlılarında həyatını təhlükəyə atacağı ilə bağlı xəbərdarlıq edib.

O, faciənin qarşısının alınması və ya təsirini azaltmaq üçün gölün bərpasının sürətləndirilməli olduğunu bildirib, bunun üçün yanlış idarəetməyə son qoymağın vacib olduğunu vurğulayıb.

 





24.05.2022    çap et  çap et