***
“Nike” “Inventive Retail Group” (İRG) ilə françayzinq sazişini uzatmayıb. Amerika riteylerinin Rusiyada ən böyük mağazalar şəbəkəsi məhz bu qrupa məxsusdur.
“Məhsul ehtiyatları bitəndən sonra İRG bu brend adı altında mağazaların hamısını bağlayacaq”, – İRG Prezidenti Tixon Smıkov əməkdaşlara məktubunda yazıb.
Şirkətdən verilən məlumata görə, “Nike” daha Rusiyaya yeni məhsullar gətirmir, daha öncə gətirilmiş mallar isə qıtlaşıb.
Martın əvvəlində “Nike” Rusiya internet-mağazasında satışı dayandırıb, bir neçə gün sonra bu ölkədə mağazaların hamısını müvəqqəti bağlamaq qərarı verib.
***
Şirkətdən verilən məlumata görə, Rusiyada biznes fəaliyyətini dayandırmasına baxmayaraq, əməkdaşların maaşları ödənəcək.
Ötən il “Nike” və Nike riteyl-in 25.5. milyard rubl gəliri olub.
Martın 3-də Rusiyada fəaliyyətini dayandırmış “Marks & Spencer” şirkəti də mayın 25-də Rusiya bazarından tam çıxdığını açıqlayıb. Şirkət qərarını Ukraynadakı müharibədən dolayı Rusiyaya məhsul çatdıra bilməməsi, Avropa İttifaqının sərhədində problemlərlə izah edib.