Krımın qondarma hökumətinin başçısı Sergey Aksyonov bəyan edib ki, Muxtar Vilayətin faktiki rəhbərliyi martın 11-də Rusiya rubluna keçidlə bağlı layihəni təqdim edəcək. Musavat.com xəbər verir ki, məlumatı İTAR-TASS yayıb.
«Sabah biz rubl zonasına keçidin layihəsini təqdim edəcəyik. Çalışacağıq ki, valyuta dəyişikliyi vətəndaşlar və biznes üçün ağrısız olsun», - Sergey Aksyonov bildirib.
çap et