Vaxt.Az

Skandinaviya ölkələri ilə danışıqlarda isinmə


 

“Embarqonun qaldırılmasına doğru müsbət münasibət gördük”

Skandinaviya ölkələri ilə danışıqlarda isinmə Ankara NATO üzvlüyünə müraciət etmiş Finlandiya və İsveçlə danışıqlar zamanı silah embarqosunun qaldırılmasına müsbət yanaşma müşahidə etdiyini bildirib.

“Reuters” yazır ki, bu barədə mayın 25-də Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın məlumat verib:

“Biz bu görüş zamanı müdafiə sənayesi məhsulları üzərindən embarqonun qaldırılmasına doğru müsbət münasibət gördük”.

İsveç və Finlandiya Ankaranın YPG kürd yaraqlıları ilə mübarizə üçün Suriyaya müdaxiləsindən sonra Türkiyəyə silah ixracına embarqo qoyub.

Danışıqlardan sonra keçirilən mətbuat konfransında Kalın bunu da bildirib ki, Türkiyənin terrorizmlə bağlı narahatlığı və bununla əlaqədar atılması mühüm olan konkret addımlar barədə gözləntiləri Finlandiya və İsveç nümayəndələrinə bildirilib.

 





26.05.2022    çap et  çap et