Vaxt.Az

Yorğun savaşçı...


 

Biz bir-birimizə güvəndiyimizdə BİZ olacağıq

Yorğun savaşçı... O yorulub. Bitməyən savaşlardan, ətrafımızdakı riyakar, düşmən ölkələrdən, çirkin siyasətdən, daxildəki quldurlardan, ikiüzlülərdən, xəyanətkarlardan.

O enerji alır.

Gücünü bərpa etmək, növbəti savaşa hazır olmaq üçün insanlara deyil, təbiətə üz tutub. Enerjisini çaydan, torpaqdan, daşdan, təbiətdən alır. Ən böyük gücün ordan gəldiyini bilir.

O düşünür.

Ətrafdakı vəziyyətin günbəgün dəyişdiyi bir zamanda ölkəsini necə qoruyacağını, kimlərə güvənəcəyini, ölkənin nəfəs alması üçün kimlərin kəlləsinin gedəcəyini və bunu necə, ən önəmlisi, nə zaman edəcəyini. Etməyə məcbur olduğunu.

O hesablayır.

Hara, hansı tərəfə, nə zaman və kiminlə gedəcəyini hesablayır. Qarşımızda iki yol var. Ya işıq gələn tərəfə gedəcəyik, ya da…

“Ya da”sı yoxdur. Gedəcəyik. Bu artıq boynumuzun borcudur.

Biz ona güvənməliyik, o da bizə.

Biz bir-birimizə güvəndiyimizdə BİZ olacağıq. Ən azı düşməni tam yendiyimiz zamana qədər bir olmalıyıq. Nə Onun nə Bizim başqa yolumuz yoxdur. Şansımız heç yoxdur.

Bizim başqa yolumuz yoxdur.

Ya bu gün. Ya heç vaxt.

Ya bir olub BİZ olacağıq, ya da növbəti 100 ili yenə ikinci sort toplum.

O düşünür.

Axırımız Aydın olsun!

 





27.05.2022    çap et  çap et