“Rusiyanın tammiqyaslı təcavüzü fonunda qaldırılan məsələ mühüm və aktualdır, ona görə də mən Rusiya vətəndaşlarının Ukrayna ərazisinə daxil olmasına nəzarət rejiminin gücləndirilməsinin zərurətinin tərəfdarıyam. Yuxarıda deyilənləri nəzərə alaraq, Ukraynanın baş naziri D.Şmıxala bu məsələ ilə bağlı işləmək xahişi ilə məktub göndərilib”, - məlumatda deyilir.
Petisiya prezident tərəfindən baxılması üçün tələb olunan 25 000 səsdən 26 000-dən çoxunu toplayıb. Petisiyanın müəllifi Nikita Mazurdur.
Rusiya prezidenti Vladimir Putin bundan əvvəl Ukraynanın Zaporojye və Xerson vilayətlərinin sakinləri üçün Rusiya vətəndaşlığının sadələşdirilmiş qaydada alınması haqqında fərman imzalayıb. Fərman imzalandığı andan qüvvəyə minib.
Ukrayna Xarici İşlər Nazirliyi bu qərarı pisləyib. Nazirliyin bəyanatında deyilib ki, fərman Rusiya ordusunun Xerson və Zaporojye vilayətlərində müvəqqəti işğal etdiyi ərazilərin sakinlərini Rusiya vətəndaşlığını almağa məcbur etməyə yol açır.
Mayın 23-də Vladimir Zelenski Rusiya işğalını dəstəkləyənlərin əmlak və aktivlərinin dövlət xeyrinə müsadirə edilməsinə icazə verən qanunu imzalayıb. İstənilən fiziki və ya hüquqi şəxs qanuna tabedir. Ukraynada hərbi vəziyyət dövründə Rusiyada iqtisadi fəaliyyətini dayandırmayan şirkətlərin və vətəndaşların əmlakını müsadirə etməyə də icazə verilir. Milliləşdiriləcək bütün əmlak "Rusiya Federasiyasının təcavüzünə məruz qalmış Ukraynanın xeyrinə gələcək kompensasiyalar hesabına" göndəriləcək.