Yüksək rütbəli məmurların sözlərinə görə, administrasiya Çindən “ayrılmaq” niyyətində deyil. Bu termin ABŞ və Çin arasında iqtisadi və ticarət əlaqələrinin tədricən kəsilməsinə aiddir və keçmiş prezident Donald Trampın administrasiyası zamanı tez-tez eşidilirdi.
“Dövlət katibi aydın göstərəcək ki, Birləşmiş Ştatlar Çin iqtisadiyyatını bizim iqtisadiyyatdan və ya qlobal iqtisadiyyatdan ayırmaq niyyətində deyil”, – deyə, yüksək səviyyəli administrasiya rəsmisi Blinkenin Çinlə bağlı çıxışından öncə bildirib.
Başqa bir yüksək vəzifəli rəsmi “ABŞ və Çin arasında şəffaf, ədalətli və təhlükəsiz olduğu müddətdə ticarət və investisiyaları alqışlayırıq”, – deyib.
Blinkenin Corc Vaşinqton Universitetindəki çıxışı “investisiya, uyğunlaş və rəqabət et” mövzusuna diqqət yetirəcək.