Son üç yarış Şarl Lekler və “Ferrari” üçün heç də yaxşı keçməyib. Lekler son 3 yarışın ikisində tras üzərində Maks Ferstappenə keçilib. Birində isə qələbəyə gedərkən yolda qalıb. Digər tərəfdə Karlos Sayns da bu il gözləntiləri qarşılamır və özü də təşvişdədir. Avstraliya və Barselonada etdiyi səhvlər buna sübutdur.
Keçmişə baxsaq, Leklerin Monakoda çox uğursuz olduğunu görərik. Öz evi olan Monakoda 3 iştirak və üçündə də finiş görməyib. İşdir, bu il də finiş görə bilməsə, Lekler tam çökə və ardıcıl uğursuz nəticələrə başlaya bilər. Nəticədə rəqibi keçən il Hamilton kimi özü də, lobbisi də güclü bir adamı məğlub etmiş Ferstappendir.
Karlos Sayns isə Monakoda həmişə güclü olub. Bəlkə də, bura onun üçün yeni başlanğıc olar.
Maks Ferstappen isə qələbə qazanaraq, ikinci çempionluğa doğru ciddi addım ata bilər. Çünki Monako “Ferrari”yə uyğun yerdir. Yeri gəlmişkən “Ferrari” ona uyğun olan Barselona Qran-Prisində qazandı. Burada da qazansa, Maksı ikiqat çempionluğa görə təbrik etmək olar.
Odur ki, Tiffozilər hər şeyə hazır olsunlar. Monako ya tamam, ya da davam yarışıdır bəlkə də.