O deyib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Ankaranın mövqeyini həm Finlandiya, həm də İsveç liderlərinə çatdırıb.
“Türkiyə NATO-nun açıq qapı siyasətini hər zaman dəstəkləyib. Bizim etirazımız həmin ölkələrin terror təşkilatlarını dəstəkləməsi ilə bağlıdır. Biz Finlandiya və İsveçin narahatlığını başa düşürük. Amma hər kəs də bizim təhlükəsizliyimizlə bağlı tədbirlərimizə hörmətlə yanaşmalıdır.
Zamanla bizim mövqeyimizi dəyişməyə vadar edəcəkləri barədə düşünmək doğru deyil. Bizim tələblərimizin həyata keçirilməsi qeyri-mümkün deyil. Hansısa ölkədən adlarını dəyişməsini tələb etmirik. Sadəcə həmin dövlətlərin terrorçularla əlaqələrini kəsməsini istəyirik”, - o söyləyib.
Xatırlada ki, Yunanıstan Şimali Makedoniyanın (əvvəllər Makedoniya adlanırdı) öz tarixi əyaləti olduğunu iddia edərək adını dəyişdirilməsini tələb etmiş və ölkənin NATO-ya üzv olmasını veto qoymaqla illərlə yubatmışdı.