Ölkə başçısı İslam Kərimovun imzaladığı təlimata və qüvvədə olan qanunvericiliyə əsasən baş nazir və onun müavinləri, Senatın sədri və qanunvericilik palatasının spikeri, Ombudsman, baş prokuror, Mərkəzi bankın sədri və müavinləri, yerli icra strukturlarının rəhbərləri və digər məmurların xaricə səfərləri prezidentlə razılaşdırılmalıdır.
Bir az aşağı səviyyəli məmurlar isə səfərlərini Nazirlər Kabinetinin razılığı ilə xarici ölkələrə səfər edə bilərlər.
Bundan əlavə olaraq, Konstitusiya Məhkəməsinin hakimləri və digər instansiya məhkəmələrinin hakimləri, rektorlar, prorektorlar, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Gömrük Komitəsi, Xarici İşlər Nazirliyi, xüsusi xidmət orqanlarının, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər qurumların əməkdaşlarının beynəlxalq səviyyəli tədbirlərdə iştirakı isə Prezident Aparatının müvafiq strukturları ilə razılaşdırılmalıdır.