Vaxt.Az

Nərmin Hüseynli vəfat etdi


 

Mərhum qan xərçəngindən əziyyət çəkirdi

Nərmin Hüseynli vəfat etdi Aldığımız son məlumata görə, bir həftə əvvəl Türkiyəyə, İstanbul Memorial Klinikasına müalicə almaq üçün aparılan Nərmin Hüseynli vəfat edib. Bu barədə mərhumun yaxınları “facebook” sosial şəbəkəsində məlumat paylaşıblar.

Qeyd edək ki, Nərmin Hüseynlinin həyatını xilas etmək üçün Bakı şəhərində geniş xeyriyyə kampaniyası keçirilmişdi. Və onun müalicəsi üçün tələb olunan 150 min manatın böyük bir hissəsi toplanmışdı.

İki gün əvvəl həkimlər N.Hüseynlinin beyin qanaması keçirdiyini və bunun qarşısının alındığını bildirmişdilər. Bu gün alınan acı xəbərdən anlaşılır ki, həkimlərin onun həyatını xilas etmək cəhdləri uğursuz olub.

Xatırladaq ki, N.Hüseynli leykemiyadan, qan xərçəngindən əziyyət çəkirdi.

Allah rəhmət eləsin.

 





10.03.2014    çap et  çap et