O, festivala Kolumbiya folklor qrupunun tərkibində qatılıb. Həmin səfər barədə, SSRİ haqqında oçerk yazıb. Oçerk heç vaxt SSRİ-də çap edilməyib. Yalnız 1998-ci ildə arxivdən götürülüb və tərcümə edilib.
Oxudum.
Çox maraqlı müşahidələri var Markesin. Sovet həyat tərzinin yeksənəkliyini, mənasızlığını və insanların uşaq kimi emosional və dozasından artıq sevincək olmasını vurğulayıb. Leninin və Stalinin məqbərələrinə baxıb. Stalinin cəsədini təsvir edərkən onun əlini “qadın əli” kimi təsvir edib.
Maraqlıdır ki, Markes bu müşahidələrindən sonralar yazacağı və ona şöhrət gətirmiş “Patriarxın Payızı”, “Yüz il tənhalıqda” əsərlərində çox məharətlə istifadə edib. Hətta Latın Amerikası ölkələrinin ədəbi tənqidçiləri Markesin əsərlərində totalitar sistemin belə ağır və dəhşətli təsvirini yazıçının aşırı təxəyyülünün məhsulu sayıblar.
Onlar Stalin diktaturasının insan həyatına, məişətinə qədər soxulmasını və idarəsini sadəcə anlamırdılar.
“Siniflərin itib getməsi-təsirli həqiqətdir. Hamı eyni cürdür, hamı köhnə və çox pis tikilmiş paltarlarda və ayaqqabılarda gəzir. Onlar tələsmir, təlaşla vurnuxmurlar... Adama elə gəlir ki, onların bütün vaxtı yaşamağa sərf olunur.
Moskva mağazalarının cansıxıcı mənzərələrini görənlər inana bilmirlər ki, ruslar atom silahına malikdirlər. Lakin məhz vitrinlər bu faktın həqiqiliyini sübut edir.
Sovet nüvə silahı, kosmik raketlər, mexanikləşdirilmiş kənd təsərrüfatı, səhraların təsərrüfat üçün yararlı hala gətirilməsi – bütün bunlar sovet adamlarının 40 il pis tikilmiş paltarlarda və yöndəmsiz ayaqqabılarda gəzməsinin və yaşadıqları yarım əsrlik sərt çətinliklərə dözməsinin nəticəsidir”, – deyə Markes oçerkində sovet adamları haqqında yazır.
Oçerki oxuduqca gənc Markesin dəqiq müşahidələrinin onun misilsiz düşüncəyə malik ədib, yazıçı kimi çox unikal olmasını sübut edir.