Vaxt.Az

Zelenski şad xəbərlər gözləyir


 

Ukrayna ordusu işğalçıların qarşısını almağa çalışır

Zelenski şad xəbərlər gözləyir Ukrayna prezidenti Vladimir Zelenski müttəfiqlərin ölkəni ehtiyac duyulan silahlarla təmin edəcəyinə ümid etdiyini bildirib. Hal-hazırda Ukrayna ordusu şiddətli döyüşlərlə qərb ərazilərində Rusiya qüvvələrinin irəliləməsinin qarşısı almağa çalışır.

Mayın 28-i gündəlik gecə video müraciəti zamanı Zelenski silahların çatdırılması ilə bağlı bu həftə ərzində yaxşı xəbərlər gözlədiyini deyib, amma bu barədə daha ətraflı məlumat verməyib.

Zelenski bildirib ki, Donbas ərazisində hərbi vəziyyət olduqca mürəkkəbdir və əlavə edib ki, müdafiə qüvvələri Severodonetsk və Lisiçansk şəhərləri daxil olmaqla bir neçə ərazidə müqavimət göstərməyə davam edir. Hər iki şəhər Luhansk vilayətinin Ukraynanın nəzarətində olan ərazisində son iki böyük şəhərdir.

Verilən məlumatlara görə, Rusiya qüvvələri son həftələr ərzində Ukraynanın qərbindəki Donbas ərazisində irəliləyişlər əldə edib.

***

Ukrayna hərbçiləri üç ay ərzində Rusiyanın müasir tanklarının təxminən üçdə birini məhv ediblər.

Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Viktor Andrusiv deyib.

“Ukraynaya qarşı müharibədən əvvəl Rusiyanın 3 000-ə yaxın müasir tankı var idi və onların 30 faizdən çoxu müharibənin üç ayı ərzində bizim müdafiəçilər tərəfindən məhv edilib. Bu rəqəm altı aydan sonra yalnız artacaq”, - deyə, Viktor Andrusiv bildirib.

 





29.05.2022    çap et  çap et