Vaxt.Az

Zelenskinin Xarkovə gözlənilməz səfəri


 

Şəhər həmin saatlarda bomba və artileriya hücumlarına məruz qoyub

Zelenskinin Xarkovə gözlənilməz səfəri Bu gün (mayın 29-u) Ukrayna prezidenti Vladimir Zelenski ölkənin şimal-şərq hissəsində yerləşən Xarkiv şəhərinə gözlənilməz səfər edib. Xarkiv Ukraynanın ikinci ən böyük şəhəridir və Ukrayna prezidentinin fevralın 24-də başlayan Rusiya işğalı dövründə ziyarət etdiyi ilk şəhərdir.

Zelenski cəbhə mövqelərində olan əsgərlərə baş çəkib, Xarkovun meri İqor Terexov da daxil olmaqla, yerli rəsmilərlə və hərbi komandanlıqla görüş keçirib.

“Siz bizim hər birimiz üçün və ölkəmiz üçün həyatınızı təhlükəyə atırsınız”, – deyə Ukrayna prezidenti bölgədə döyüşən qüvvələrə təşəkkür edib.

“Reuters” agentliyi bildirir ki, Zelenskinin səfərindən saatlar sonra şəhərdə bir neçə partlayış səsi eşidilib və mərkəzdən şimal-şərq hissədə tüstü dumanı görünüb. Ukraynanın Fövqəladə Hallar Xidmətinin verdiyi məlumata görə, Rusiyanın artileriya hücumları şəhərin müxtəlif nöqtələrində yanğınlara səbəb olub.

Rusiya bir neçə həftə öncəyə qədər Xarkova bomba və artileriya hücumlarına məruz qoyub və Ukrayna döyüşçülərinin müqaviməti nəticəsində bu mövqelərində çəkilmək məcburiyyətində qalıb.

 





29.05.2022    çap et  çap et