Vaxt.Az

Rusiyada gizli səfərbərlik


 

Poçt qutularına reklam, küçələrdə elan vərəqləri ...

Rusiyada gizli səfərbərlik Rusiyanın Amur vilayətinin Blaqoveşensk şəhərində şəhər sakinlərinin poçt qutularına müqavilə xidmətinin reklamı ilə bağlı vərəqələr atılır, eləcə də küçələrdə elanlar yerləşdirməyə başlanılıb. Bu barədə “Sota” teleqram kanalı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, müqavilə ilə hərbi xidmət üçün qeydiyyatdan keçənlərə “40.000 rubl və ya daha çox məbləğdə pul müavinəti” (rəsmi məzənnə ilə təxminən 600 ABŞ dolları), “pulsuz səyahət”, “mənzil” və “ali təhsil almaq” imkanları təklif olunur.

Rusiya hakimiyyəti dəfələrlə bəyan edib ki, Ukraynaya müdaxilədə iştirak üçün səfərbərlik elan etməyəcəklər. Bundan əvvəl isə Vladimir Putin müqavilə ilə xidmət üçün yuxarı yaş həddini ləğv edən qanunu imzalayıb.

Ukrayna müharibə başlayandan bəri Rusiya ordusunun itkilərinin 30 minə yaxınlaşdığını bildirir. Britaniyanın Müdafiə naziri Ben Vallas aprelin 25-də deyib ki, işğala başlayandan bəri Rusiya 15 min hərbçisini itirib. Rusiya Müdafiə nazirliyi yalnız bir dəfə, martda 1300-dən çox əsgərinin həlak olduğu bildirib və daha sonra bu məlumat açıqlamayıb.

 





30.05.2022    çap et  çap et