Vaxt.Az

0.9 milyon dollara


 

Kaluş Orkestri qrupu büllur mikrofonu niyə satdı?

0.9 milyon dollara 2022-ci il “Eurovosion” Mahnı Müsabiqəsinin ukraynalı qalibi Kaluş Orkestri qrupu ölkəsinin Rusiya işğalına qarşı mübarizəsini maliyyələşdirmək üçün qazandığı mükafatı hərraca çıxarıb. Qrup mayın 29-da bildirib ki, ona təqdim olunmuş mikrofon formasında büllur mükafatı Ukraynanın onlayn kriptovalyuta mübadiləsi saytına satıb.

“Mükafatı 900 min dollara almış, hazırda onun qanuni sahibi olan Whitebit komandasına xüsusi təşəkkürlər”, – orkestr bildirib.

Qrupun lideri Oleq Psiukun çəhrayı rəngli panaması isə mayın 29-da Berlində xeyriyyə konsertində satışa çıxarılıb. Satışdan əldə olunan məbləğ Ukrayna ordusuna ianə ediləcək.

Hərracı təşkil edən teleaparıcı Sergey Pritula daha öncə deyirdi ki, yığılan məbləğin Ukrayna istehsalı PD-2 hərbi dronlarının alınmasına xərclənməsi planlaşdırılıb.

 





30.05.2022    çap et  çap et