IRNA dövlət xəbər agentliyinin mayın 30-da yaydığı xəbərə görə, daha bir cəsədin yeri müəyyənləşdirilsə də, hələlik, çıxarılmayıb. Rəsmilər hadisə nəticəsində 30-dan çox insanın itkin düşdüyünü deyirlər.
Onmərtəbəli binanın böyük bir hissəsinin çökməsi İranda son illərin ən böyük faciələrindən birinə səbəb olub.
Hadisədən sonra şəhərdə bir həftə etirazlar keçirilib. İndiyədək İranda ərzağın bahalanması, digər iqtisadi məsələlər və ABŞ-ın Tehranın nüvə proqramıyla əlaqədar tətbiq etdiyi sərt sanksiyalardan dolayı ölkədə iğtişaşlar baş verib.
Mayın 29-da etirazçılar Ali dini lider Ayətulla Əli Xameneyinin göndərdiyi rəsmini fitə basıblar, ölkə rəhbərliyini “abırsız” adlandırıblar.
Tehranda çıxan “Həmşəhri” qəzeti və yarırəsmi Fars xəbər agentliyinin məlumatına görə, etirazçılar dövlət televiziyasının kamera quraşdırdığı platformaya hücum edib, yayımı kəsiblər.
İranın neftlə zəngin Xuzestan vilayətində yerləşən Abadan şəhərində ərəb azlığı yaşayır. Onlar ölkənin ikinci dərəcəli vətəndaşları kimi rəftardan şikayətlənirlər.