Vaxt.Az

Aİ-dən Rusiya neftinə qismən qadağa


 

Embarqo yalnız dənizlə daşınan neftə aiddir

Aİ-dən Rusiya neftinə qismən qadağa Avropa İttifaqının (Aİ) 27 üzv ölkəsi Rusiyadan neft idxalının üçdə birindən də çoxunu dərhal azaltmaqla bağlı razılığa gəliblər. Bunu Aİ Şurasının Prezidenti Şarl Mişel mayın 30-da bildirib.

Embarqo yalnız dənizlə daşınan Rusiya neftinə aiddir, kəmərlə idxal olunan neftə sanksiyalar müvəqqəti şamil olunmur.

Ancaq Mişel deyib ki, Brüssel sammitində əldə olunan kompromis razılaşması Rusiyanın “hərb maşınına maliyyənin nəhəng mənbəyini” kəsir.

Yeni sanksiya paketində Rusiyanın ən böyük bankı “Sberbank”ın SWIFT sistemindən çıxarılması, Rusiyanın üç dövlət telekanalına qadağa, hərbi cinayətlər üçün məsuliyyət daşıyan fərdlərə sanksiyalar da daxildir.

Ukrayna Prezidenti Vladimir Zelenski sammitə müraciətində deyib ki, Aİ liderləri altıncı sanksiya paketini razılaşdırmalı, oraya neft də salınmalıdır. “Rusiya Ukraynaya və bütünlükdə Avropaya qarşı elədiklərinin bədəlini hiss etməli, siz Rusiyanın enerji silahından tamamilə müstəqil olmalısınız”, – Zelenski vurğulayıb.

 





31.05.2022    çap et  çap et