Mayın 31-dən Ərdəbil və Təbrizdə keçirilməsi nəzərdə tutulan tədbirlərə cavab olaraq “Salam Azərbaycan”, “Salam vətən” və “Azadlıq, ədalət, milli hökumət” şüarlarının səsləndirilməsi və yayılması tövsiyə edilib.
Fəalların ideoloji tədbirlə bağlı etdiyi paylaşımlarında bildirilir ki, Tehran hökumətinin əhalinin ağır durumda olmasına, inflyasiyanın yüksəlməsinə qarşı başlanan etirazları kölgədə qoymaq üçün belə vasitələrə əl atır. Çağırışda qeyd olunur ki, azərbaycanlılar bu cür tədbirlərə qatılmır.
Qeyd edək ki, İranda bahalıq və ərzaq qıtlığına qarşı başlayan etirazlarla eyni vaxtda İnqilab Keşikçiləri Korpusu, Təhsil və Mədəniyyət Nazirliklərinin dəstəyi ilə onlarla şəhərdə “salam komandan” adlı ideoloji təbliğat tədbirləri keçirilməyə başlanılıb.
“Mehdi”nin gəlişini, onun gəlişi ilə bütün problemlərin həll olunacağını və şiəliyin yayılacağını aşılayan təbliğatda əsasən azyaşlı uşaqlar və yeniyetmələrdən istifadə olunur.