Vaxt.Az

İranı qəzəbləndirən hesabat


 

Rəsmi Tehran Beynəlxalq Atom Enerjisi Agentliyinin sənədinə görə də İsraili günahlandırır

İranı qəzəbləndirən hesabat Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) yeni hesabatının açıqlanmasından bir gün sonra İran Xarici İşlər Nazirliyi cavab verərək hesabatın ədalətsiz olduğunu iddia edib.

XİN İsraili Beynəlxalq Atom Enerjisi Agentliyinin işlərinə qarışmaqda ittiham edib.

Beynəlxalq Atom Enerjisi Agentliyi mayın 30-da təşkilatın idarə heyətinə təqdim etdiyi yeni hesabatda İranın zənginləşdirilmiş uran ehtiyatlarının Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının müəyyən etdiyi həddən 18 dəfə artıq olduğunu açıqlayıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə mayın 30-da Beynəlxalq Atom Enerjisi Agentliyinin hesabatının ədalətli olmadığını və İsrailin təzyiqləri səbəbindən hesabatın texniki müstəvidən siyasi müstəviyə çevriləcəyi təhlükəsi olduğunu iddia edib.

Atom Enerjisi üzrə Beynəlxalq Ajansın mayın 30-da yayılan yeni hesabatında vurğulanıb ki, İranın zənginləşdirilmiş uran ehtiyatı 2015-ci ildə imzalanmış atom anlaşmasında nəzərdə tutulan həddən 18 dəfə çoxdur.

Hesabatda qeyd olunduğuna görə, İran mayın ortalarında zənginləşdirilmiş uran ehtiyatlarını 3809.3 kiloqrama çatdırıb. Bu isə atom razılaşmasında nəzərdə tutulan 202.8 kiloqramdan dəfələrlə çoxdur. Bununla yanaşı, İranın 20 faiz zənginləşdirilmiş uran ehtiyatı 182.1 kiloqramdan 238.4 kiloqrama yüksəlib.

 





31.05.2022    çap et  çap et