Vaxt.Az

Azərbaycan futbolunda biabırçılıq


 

«Xəzər Lənkəran»ın qapıçısı məşqçisinə kəllə atdı

Azərbaycan futbolunda biabırçılıq Topaz Premyer Liqasının 25-ci turunun «Rəvan» - «Xəzər Lənkəran» matçının fasiləsi zamanı da xoşagəlməz olay yaşanıb. Vaxt.az futbolinfo-ya istinadən xəbər verir ki, «Xəzər Lənkəran»ın qapıçılarla işləyən məşqçisi Hafiz Əliyev ilk yarıdan sonra qapıçı Orxan Sadıqlını buraxdığı birinci qola görə tənqid edib.

Əliyev gənc qolkiperə çıxışda səhvə yol verdiyini bildirib. Amma məşqçisinin iradlarını aqressivliklə qarşılayan Sadıqlı onunla mübahisəyə girişib. Əldə etdiyimiz məlumata görə, Orxan hətta Əliyevi vurmağa da cəhd göstərib. Lakin buna imkan verilməyib.

Qarşılaşmadan sonra Hafiz Əliyev klub rəhbərliyinə bu barədə məlumat verərək, qapıçıdan şikayətlənib.

Qeyd edək ki, «Rəvan» - «Xəzər Lənkəran» matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə başa çatıb.

 





10.03.2014    çap et  çap et