Mayın 30-da dərc edilmiş hesabatda deyilir ki, nəzarətçi orqanın hələ də İran tərəfindən nüvə fəaliyyətlərinə ev sahibliyi etdiyi elan olunmayan üç yerdə – Marivan, Varamin və Turquzabadda aşkar edilmiş nüvə materialı ilə bağlı suallar var.
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İran rəsmilərinin obyektlərdə nüvə materialının olması ilə bağlı izahat verməsi üçün uzunmüddətli səylərinin cavab vermədiyini bildirib.
Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə mayın 31-də jurnalistlərə bildirib ki, hesabat İran və MAQATE arasındakı “danışıqların reallığını əks etdirmir”.
“Bu, ədalətli və balanslaşdırılmış hesabat deyil”, – deyən nazir düzəlişlər edilməsini gözlədiyini bildirib.
İran və MAQATE mart ayında İran və dünya qüdrətləri arasında 2015-ci ildə imzalanmış nüvə sazişinin bərpası qarşısında qalan maneələrdən biri olan saytlarla bağlı problemin həllinə yanaşma haqqında razılığa gəlib.
Tehran köhnə, lakin bəyan edilməmiş ərazilərdə tapılan uran izləri probleminin aradan qaldırılmasını və həmişəlik bağlanmasını istədiyini bildirib.
Rəsmi olaraq məlum olduğu kimi Birgə Hərtərəfli Fəaliyyət Planı nüvə fəaliyyətlərini məhdudlaşdırmaq müqabilində İranı sarsıdan iqtisadi sanksiyalardan azad edib.
Sonra ABŞ Prezident Donald Trampın 2018-ci ildə birtərəfli qaydada paktdan çıxması və sanksiyaları bərpa etməsi İranın nüvə öhdəliklərindən geri çəkilməyə başlamasına səbəb olub.
Prezident Co Bayden administrasiyası əsas sanksiyaların ləğvi də daxil olmaqla, sazişə qayıtmağın tərəfdarı olduğunu, lakin İranın İslam İnqilabı Keşikçiləri Korpusunun terror təşkilatı kimi qara siyahıya salınmasını ləğv etmək tələbini rədd etdiyini bildirib.
Dövlət Departamentinin sözçüsü Ned Prays mayın 31-də bildirib ki, Birləşmiş Ştatlar MAQATE-yə və onun rəhbəri Rafael Qrossiyə “tam etibar edir”.
“İran gecikmədən MAQATE ilə tam əməkdaşlıq etməlidir”, – deyə o, Vaşinqtonda jurnalistlərə bildirib.
MAQATE-nin hesabatında, həmçinin hesablanıb ki, İranın zənginləşdirilmiş uran ehtiyatı nüvə sazişində nəzərdə tutulan limitdən 18 dəfədən çox artıb və İran uranın zənginləşdirilməsini sazişdə icazə verilən limitdən yüksək səviyyəyə çatdırmaqda davam edir.
İran nüvə proqramının dinc xarakter daşıdığını israr etsə də, Qərb qüdrətləri İranın tez bir zamanda nüvə bombası istehsal etməyə yaxınlaşdığını deyir.
Hadisələr İran və dünya gücləri arasında 2015-ci ildə imzalanmış nüvə sazişini canlandırmaq üçün danışıqların çıxılmaz vəziyyətdə qaldığı bir vaxtda baş verir.