Vaxt.Az

«Əlimizdən nə gəlir ki?»


 

«Çox təəssüf ki, işimizin öhdəsindən gələ bilmədik»

«Əlimizdən nə gəlir ki?» Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində baş tutan «Qəbələ» - «Neftçi» matçı ərzində və sonrasında bir sıra xoşagəlməz hadisələr yaşandı. Futbolinfo.az xəbər verir ki, yerli azarkeşlər meydana yad əşyalar atmaqla yanaşı, matç başa çatan kimi, oyunu idarə edən hakimləri də daşa «qonaq» etdilər.

Hətta hakimləri mühafizə edərkən, «Qəbələ»nin mühafizə işçilərindən birinin başı yarılıb. Xoşagəlməz olaylara münasibət bildirən «qırmızı-qaralar»ın vitse-prezidenti Fariz Nəcəfov saytımıza açıqlamasında bunları dilə gətirib: 

«Matçdan öncə azarkeşlərlə danışmışdıq. Oyundan sonra baş verən xoşagəlməz hadisələri tam pisləyirəm. Heç biri xoşagələn hal deyil. Bu barədə lazımı orqanlarla danışmışıq ki, bir daha bu cür hadisələr təkrarlanmasın. Hakimləri qoruyarkən mühafizə işçilərimizdən birinin başı yarıldı. Klub olaraq üzərimizə düşəni etməyə çalışmışdıq. Çox təəssüf ki, işimizin öhdəsindən tam gələ bilmədik. İnanıram ki, qarşıdakı oyunlarda bu cür hadisələr bir də təkrarlamayacaq. Hadisənin baş verməsi üçün ciddi bir səbəb görmürəm. Ola bilsin ki, azarkeşlər hakimin verdiyi qərarları tam dəyərləndirə bilmədilər. «Neftçi»nin qapısı qarşısına ötürmə verərkən top rəqib futbolçusunun əlinə dəymiş kimi göründü. Ancaq istənilən halda bu cür hallar olmamalıdır. Hakim səhv də edə bilər, qərəzli də ola bilər. Bu hadisələrdən sonra İntizam Komitəsinin verəcəyi qərarla barışmaqdan başqa əlimizdən nə gəlir ki?»

 





10.03.2014    çap et  çap et