Vaxt.Az

Litva da “Bayraktar” alır


 

Sakinlərin topladığı pulla ...

Litva da “Bayraktar” alır Türkiyənin Litvaya “Bayraktar TB2” zərbə pilotsuz uçuş aparatları (PUA) satması ilə bağlı razılıq əldə olunub. Bu barədə Litvanın “Delfi” agentliyi məlumat yayıb.

Bildirilib ki, iki ölkənin nümayəndələri Ankarada bir araya gəliblər və Litvaya “Bayraktar TB2” zərbə PUA-ları satmağa icazə verən sənədi imzalayıblar.

Türkiyə silahlarının əldə edilməsinə dair niyyət protokolunu müdafiə nazirinin müavini Vilüs Semeşko və Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Demir imzalayıblar.

Litva bu cür PUA-ları və digər avadanlıqları Rusiya işğalına qarşı mübarizə aparan və eyni zamanda pilotsuz sistem əldə etməyi nəzərdə tutan Ukraynaya vermək üçün “Laisves” televiziyasının təşəbbüsü çərçivəsində sakinlərin topladığı pulla alacaq.

“Biz saziş imzaladıq. Bu, siyasi səviyyədə gələcək satınalmalar üçün yaşıl işıq deməkdir”, - V.Semeşko bildirib.

Litvalı rəsmi bu gün həmçinin “Baykar Savunma” şirkətinin rəhbərliyi ilə görüşəcək.

 





02.06.2022    çap et  çap et