Vaxt.Az

“Həsən Paşa” acınacaqlı durumda


 

Ağqoyunlular dövrünə aid 600 illik tarixi abidə taleyin ümidinə buraxılıb

“Həsən Paşa” acınacaqlı durumda Təbrizdə yerləşən 700 illik “Həsən Paşa” tarixi abidəsinin acınacaqlı durumdadır. Bu barədə güneyli sosial media fəalları paylaşımlar ediblər. Onlar Ağqoyunlular dövrünə aid olan abidənin məsulların diqqətsizliyi ucbatından dağılmaq təhlükəsi ilə üz-üzə qaldığını yazıblar.

Fəalların bildirdiyinə görə, tarixi abidələr barədə qanunun ziddinə olaraq 700 illik abidənin yaxınlığında tikilməkdə olan çoxqatlı bina onun görüntüsünü pozmaqla yanaşı daha çox zədələnməsinə səbəb olur.

Bundan öncə 2017-ci ildə tarixi abidənin sütun başlarının tullantılar arasında buraxılması yerli əhali və mədəni fəalların etirazları ilə qarşılaşmışdı.

Narazılıqların genişlənməsi və mediada yayılmasından sonra Şərqi Azərbaycan əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin o vaxtkı başçısı Mürtəza Abdar abidənin təmir ediləcəyi barədə söz verdi. Hadisənin üstündən bir müddət keçdikdən və ara sakitləşdikdən sonra verilən vədlərin heç biri yerinə yetirilmədi və tarixi abidə taleyin ümidinə buraxıldı.

Xatırladaq ki, məscid giriş hissəsi iki il bundan qabaq məhərrəmlik mərasimi keçirilərkən şam yandırmaları nəticəsində yandırılmışdı.

Sahibabad meydanının yaxınlığında tikilən dini kompleks (bura məscid, mədrəsə, xanəgah, hətta kəhriz də daxil idi) Şərq memarlığının şah əsərlərindən biri sayılır. Lakin Həsən Paşa məscidinin hazırkı vəziyyəti Təbrizdəki digər tarixi abidələrimiz kimi ürəkaçan deyil. Bu abidə 1975-ci ildə “Milli Abidələr” siyahısında qeydiyyata alınsa da, Azərbaycanın bir çox tarixi abidəsi kimi aidiyyəti qurumların laqeyd münasibəti nəticəsində ciddi dağıntılara məruz qalıb. Bir müddət əvvəl Şərqi Azərbaycan əyalətinin Mədəni Miras, Əl İşləri və Turizm idarəsi rəhbərinin müavini Əlirza Quçi Təbrizin tarixi strukturunun 90 faizinin tamamilə məhv edildiyini bildirmişdi

Həsən Paşa və ya Həsən Padşah məscidi Təbrizin Dəvəçi məhəlləsində yerləşir. Bu abidənin təməli 1419-cu ildə Ağqoyunlu hökmdarı Uzun Həsənin fərmanı ilə qoyulub.

 





01.06.2022    çap et  çap et