“Hələlik hesabat açıqlanmadığı üçün dəqiq nəsə demək tezdir. Biz Şuranın Baş Direktorun hesabatına cavab olaraq müvafiq tədbirlər görməsini təmin etmək üçün müttəfiqlər, tərəfdaşlar və Rəhbərlər Şurasının üzvləri ilə işləyirik”, – deyə Prays Beynəlxalq Atom Enerjisi Agentliyinin hesabatı ilə bağlı bildirib.
O, İranda baş verən son etiraz aksiyalarına da münasibət bildirib və İran xalqının yanında olduqlarını deyib.
“Biz haqlı istəklərinizin eşidilməsi uğrunda apardığınız səyləri dəstəkləyir və yanınızdayıq”, – deyə, Dövlət Departamentinin sözçüsü qeyd edib.
Ned Prays İran hakimiyyətinə müraciət edərək etirazçıların dinc toplaşmaq və hüquqlarını tələb etmək haqqına hörmətlə yanaşmağı və onlara qarşı repressiyalara son qoymağı tələb edib.