Vaxt.Az

“Bu il 24 milyard kubmetr qaz ixrac edəcəyik”


 

İlham Əliyev: “Azərbaycanın potensialı “Şahdəniz”lə məhdudlaşmır”

“Bu il 24 milyard kubmetr qaz ixrac edəcəyik” “2021-ci ildə Azərbaycan 22 milyard kubmetr təbii qaz ixrac edib, bu il bu rəqəm 24 milyard kubmetr olacaq”. Bunu Prezident İlham Əliyev deyib.

“Ötən il Azərbaycan 22 milyard kubmetr təbii qaz ixrac edib. Bu il gözlənilir ki, bu rəqəm 24 milyard kubmetr olacaq”, – deyə dövlət başçısı iyunun 1-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.

O qeyd edib ki, Azərbaycanın qaz potensialı yalnız “Şahdəniz”lə məhdudlaşmır.

“Digər yataqlar da çox perspektivlidir. Gələn il onların bəzilərində hasilat başlayacaq. Bu, enerji təhlükəsizliyinə mühüm töhfə olacaq. Xüsusən də, indiki dövrə gəldikdə, Azərbaycanın karbohidrogenlərinə olan tələbat heç zaman görünmədiyi kimi böyükdür. Məsuliyyətli ölkə kimi biz bunu nəzərə alırıq və müxtəlif səbəblərə görə çətinliklərlə üzləşən ölkələri dəstəkləməyə çalışırıq. Hazırda Azərbaycanın müvafiq strukturları sayı artan ölkələrlə daim təmasdadır”, – deyə İ.Əliyev vurğulayıb.

 





01.06.2022    çap et  çap et