Vaxt.Az

Prezidentin əmisi oğlunun şirkəti ləğv edildi


 

2 sığorta şirkətinin lisenziyaları dayandırıldı

Prezidentin əmisi oğlunun şirkəti ləğv edildi «Gunay Sığorta» şirkətinin lisenziyası yenidən dayandırılıb. Bu dəfə təsisçilərindən biri prezidentin əmisi oğlu İlqar Əliyev olan «Royal Sığorta» da ziyan çəkib.

Maliyyə Nazirliyi «Günay Sığorta» və «Royal Sığorta» şirkətlərinin lisenziyalarını dayandırıb. Virtualaz.org saytının xəbərinə görə, bu barədə nazirliyin məlumatında qeyd olunur.

««Günay Sığorta» və «Royal Sığorta» şirkətlərinin məcmu kapitallarının qanunvericiliyin tələblərinə uyğun olmaması ilə əlaqədar onların lisenziyaları dayandırılıb» - deyə məlumatda bildirilir.

Yada salaq ki, «Günay Sığorta» şirkəti 1992-ci ildə təsis edilib və 15 könüllü və icbari növ üzrə xidmət göstərir. Şirkətin nizamnamə kapitalı 4,2 milyon manatdır.

Şirkətin təsisçisi «Günay Bank» (səhmlərin 65,4%-i) və iki fiziki şəxsdir. 2008-ci ildə müddətsiz lisenziya alıb. 2010-cu ilin avqustunda «Günay Anadolu Sığorta»nın türkiyəli sahibləri səhmlərini yerli sahibkarlara satıblar  və addan «Anadolu» sözü çıxarılıb. 2011-ci ildə lisenziyası dayandırılıb, sonradan bərpa olunub.

«Royal Sığorta» şirkəti 2011-ci ilin dekabr ayında sığorta fəaliyyəti üçün lisenziya əldə edib. Şirkətin nizamnamə kapitalı 5,5 mln. manata bərabərdir. Onun səhmdarları 5 fiziki şəxsdir.

Şirkətin rəhbərliyinə mərhum prezident Heydər Əliyevin qardaşı oğlu İlqar Əliyevdən başqa Famil Teymurov, Vüqar Şahbazlı,  Şahbaz Şahbazov və «Royal Bank»ın Müşahidə Şurasının sədrinin oğlu Fuad Cam daxildir.
 





10.03.2014    çap et  çap et