Vaxt.Az

İslahat yelləri ...


 

... Yaxud “sınıq maşının” pis işləməsinə görə deyinənlər

İslahat yelləri ... İslahatlar aparmaq üçün səlahiyyət verilmiş kadrların problemə baxışı çox vacibdir. Prezident İlham Əliyev 2020-ci ildə Davos Forumunda çıxışı zamanı belə bir cümlə işlətmişdi: "21-ci əsrdə uğur qazanmaq yalnız 20-ci əsrin baxışlarına riayət etmədən mümkündür". Dövlət başçısının fikrincə, islahatları aparmaq üçün hökumətdə yeni adamlar lazımdır.

Yeni dövrün çağırışlarını məhz yeni adamlar müəyyən edir. İslahatçı kadrlar- uğuru təmin edəcək çox mühüm faktordur. 

Yaxşı iqtisadçı, vergi mütəxəssisi, gömrük işçisi və digəri hələ islahatçı məmur demək deyil. İslahatçı məmur prosesə baxışı olan, problemi dərk edən və haradan başlamaq lazım olduğunu müəyyən edən, buna əmin olan, təkliflərini hazırlayan, siyasi iradə nümayiş etdirən, strateji baxışı olan şəxsdir. 

Bu adam hamını dəyər verdiyi əla iqtisadçı, gözəl bankir, əvəzolunmaz gömrükçü, və s. məmur OLMAYA da bilər. 

Əsas məsələ onun islahat tələb olunun sahəyə baxışı, innovativliyi və strateji məqsədə çatmaq üçün zəruri olan fəhmidir. 

Yaxşı iqtisadçı, bankir, vergi mütəxəssisi yalnız onlara tapşırılan işin yüksək səviyyədə görülməsinə və təhvil verilməsinə nail olur. 

İslahatçı məmur isə heç kimin görmədiyini görən, “sınıq maşının” pis işləməsinə görə deyinən yox, o maşını sındırıb yeni xanədən başlayacaq, ona yön verə biləcək şəxsdir. 

Qalanları isə bu işdə yalnız prosesin uğurunu təmin edəcək detallardır.

Çin məsəlində olduğu kimi: “İslahatlar küləyi əsirsə, onun qarşısını almaq yox, yel dəyirmanları tikmək lazımdır.”

İslahatçılar - bu yel dəyirmanlarını tikməyi bacaranlardır.

 





03.06.2022    çap et  çap et