Bu gün Nazirliyin qəbul otağında baş vermiş münaqişə təəssüf doğurur.
Qazilərin sosial, təqaüd, sığorta, əngəllik problemlərini çevik araşdıran bir qrup olmalıdır. Kağız üzərində yazılmış “qanun-qayda”yla bağlı trafaret cümlələrdən qaçmaq lazımdır.
Prezidentin müharibə iştirakçılarının problemlərinin həlli ilə bağlı operativ göstərişləri var. Əgər qazi aşağıdan yuxarıya qədər problemini həll edə bilmirsə deməli nəsə düz getmir.
Onlar nə istəyir ki? Pensiya? Heç nəyə baxmadan verin! Sığorta? Qurbandır onlara sığorta! Pul? Mənim və milyonlarla işçilərin ödədiyi vergilərdən nə qədər lazımdır verin onlara!...
Verin!
Nə istəyirlər, verin! Onlar bunu haqq ediblər. Ömürlərinin sonuna qədər.
Həmin kadrlarda başını polisin çiyninə qoyub ağlayan qazi və onu qucaqlayan polisin göz yaşları içində Qaziyə “belə eləmə, qardaş” dediyi kadrlar adamın ürəyini parçalayır.
İmkan verməyin yağı düşmənin anasını ağlar qoyan Qazilərimiz daş qəlbli məmur biganəliyinə, bürokrat siçovullara görə, qəbul otaqlarında ağlasınlar!