Dünya futbolunun əfsanəsi, 81 yaşlı braziliyalı Pele (Edson Arantis di Nasimentu) Rusiya prezidenti Vladimir Putini Ukraynaya qarşı müharibəni dayandırmağa çağırıb:
"Bu davam edən zorakılıq üçün qətiyyən heç bir əsas yoxdur. Bu münaqişə dəhşətlidir, əsassızdır və ağrıdan, qorxudan və nifrətdən başqa heç nə gətirmir”.
Pele Putinə özünün Instagram səhifəsindən müraciət edib: “Bunu dayandırmaq sizin əlinizdədir, 2017-ci ildə Moskvada son görüşümüz zamanı sıxdığım əllərdə”.
O vaxt Pele FIFA-nın müxtəlif tədbirlərində iştirak edirdi. Moskvaya isə 2018-ci ildə Rusiyada keçiriləcək Dünya Kuboku çempionatının ərəfəsində səfər etmişdi.
“Time” jurnalına əsasən, Pele dünyanın 100 ən nüfuzlu adamı siyahısındadır.