Məhkəmə Özkan və Göktaş haqqında
həbs-qətimkan tədbirini dəyişdirilsə də, onların ölkədən çıxmasına yasaq qoyub.
Bu qərar Pekərə şamil edilməyib.
Xəbəri ilk olaraq Tuncay Özkanın qızı
Nazlıcan Öz Twitter hesabından paylaşıb: «Qovuşuruq... 1994 gündən sonra...».
Onu da vurğulayaq ki, azadlığa qovuşan qəzetçi Tuncay Özkan «Yeni Müsavat» qəzetinin dostlarındandır. Onun sahibi olduğu «Kanal Türk» televiziyası Azərbaycana, «Yeni Müsavat»ın problemlərinə hər zaman yer ayırardı. Polkovnik Levent Göktaş isə bir neçə il Türkiyə Silahlı qüvvələrinin Azərbaycan ordusunda təmsilçisi olub. Vətənə xidmətlərinə görə Türkiyənin 3 qızıl ulduz alan yeganə hərbçisidir. PKK-ya qarşı savaşda xüsusi ilə fərqlənib. Bu hörgütün lideri Abdulla Öcalanın Keniyadan tutularaq Türkiyəyə gətirən qrupa rəhbərlik etməsi barədə iddialar var.
Sedat Peker barədə isə Türkiyə mediası ünlü mafiya babası kimi bəhs edir.