Ölümcül hücuma nəyin səbəb olduğu bəlli deyil. Bununla belə naməlum silahlı hücum zamanı həm tapançadan, həm də tüfəngdən atəş açıb. Bu barədə Bruks bildirib.
“Hazırda zabitlər binanın hər otağından keçərək əlavə təhdidləri yoxlayır”, – deyə, polis axşam saat 18:00-a qədər “Facebook”da paylaşdığı yazıda qeyd edib.
Bruksun sözlərin görə, polis çağırışa dispetçerlər xəbəri aldıqdan üç dəqiqə sonra cavab verib və bir dəqiqə sonra silahlı şəxslə qarşılaşıb.
Polis kapitanı Riçard Meulenberq də bir neçə nəfərin yaralandığını bildirib.
Polis və xəstəxana rəsmiləri ölənlərin şəxsiyyətini müəyyənləşdirməyə hazır olmadıqlarını bildiriblər.
Spirtli içkilər, Tütün, Odlu silahlar və Partlayıcı maddələr üzrə federal büronun agentləri də hadisə yerində olublar. Bu haqda sözçü məlumat verib.
Prezident Co Bayden hücum barədə məlumatlandırılıb. Ağ Ev vəziyyəti yaxından izləyir və dəstək üçün ştat və yerli rəsmilərlə əlaqə saxlayıb.