Vaxt.Az

Rusiyanın aviaşirkətlərinə qadağa


 

“Boeing” və “Airbus”lar Çin üzrəindən uça bilməyəcək

Rusiyanın aviaşirkətlərinə qadağa Çin öz hava məkanını Rusiya aviadaşıyıcılarının “Boeing” və “Airbus” təyyarələri üçün bağlayıb. Qadağa onunla izah olunur ki, Çin aviasiya qurumu bütün aviaşirkətlərdən, o cümlədən Rusiya aviaşirkətlərindən təyyarələr, onların sahibləri və texniki xidmət müqavilələri haqqında məlumatları əks etdirən elektron sənədlərini yeniləməyi xahiş edib.

Rusiya aviadaşıyıcıları məlumatı yeniləyiblər, amma Çin hakimiyyəti Rusiya Federasiyası aviaşirkətlərindən istismarlarında olan təyyarələrinin xaricdə rəsmi qeydiyyatdan çıxarılmasının təsdiqlənməsini də istəyib. Təbii ki, sanksiyalar səbəbindən şirkətlər bu sənədləri təqdim edə bilməyiblər və buna görə də Çin hava yollarına cavabdeh qurumlar beynəlxalq qanunlara riayət edərək, bu təyyarələrə ölkənin hava məkanında uçmağı qadağan ediblər. 

İndi rus aviaşirkətləri Çin sərhədlərini yalnız öz istehsalları olan Tu-154 təyyarələri ilə keçə biləcəklər.

 





03.06.2022    çap et  çap et