Konsepsiya hələlik çiy olsa da, o qədər gülüncdür ki, adam məəttəl qalmaya bilmir. Bununla belə, ideya yarımcan prezidentin böyük marağına səbəb olub. Kiriyenkonun təkliflərinin mahiyyəti belədir: işğal olunmuş əraziləri “xunta”dan azad edilmiş elan etmək, bu ərazilərdə “qanuni yolla seçilmiş prezident” Viktor Yanukoviçin hakimiyyətini bərpa etmək, bu əraziləri “qanuni” gücə malik Ukrayna hesab etmək. Ukraynada real hakimiyyəti tanımaqdan imtina edərək, daha sonra Rusiya, Ukrayna və Belarus Respublikasının üç “prezidenti”nin görüşünü keçirməklə bu ölkələri bir dövlətə birləşdirmək. Əslində, bir növ Belovejskaya Puşşanın əksinə olaraq, bu ölkələrin Rusiyaya birləşməsi haqqında birlik sazişinin imzalanması ilə nəticələnən görüş keçirmək...
Beləliklə, Putinin özünün 20-ci əsrin ən böyük geosiyasi fəlakəti hesab etdiyi SSRİ-nin dağılmasının “tarixi səhvini” düzəltmək şansı qazanır. “Tarixi ədalət” bərpa edildikdən, daha doğrusu SSRİ-nin yarımçıq variantından sonra, Rusiyanın artıq öz hissəsi hesab edəcəyi Ukraynanın qalan hissəsinin ilhaqını yeni əsaslarla davam etdirmək təklif olunur. Üstəlik, ilkin plana görə, Putin “Ukraynanı”, daha doğrusu, Rusiyanın özünə birləşdirdiyi muxtariyyət əldə etmiş Krımı və öz inzibati sərhədləri daxilində olan Donbası qazanacaq. Normal düşüncə sahibi üçün İdeya tamamilə absurddur və həyata keçirilə bilməz. Lakin Putinin elə “başına batıb” ki, o, bu planı ətraflı şəkildə hazırlayıb iki həftə ərzində təqdim etməyi tapşırıb. Göründüyü kimi, batan adamın saman çöpündən yapışması kimi Rusiyanı idarə edənlər də dağılmaqda olan ölkələrinin qeydinə qalmaq barədə deyil, “böyük ideyalar” barədə düşünürlər. Bu ideya Rusiya üçün xilasdan daha çox “xara-kiri” sonluğu ola bilər.