Vaxt.Az

Obama Yatsenyuku gözləyir


 

ABŞ prezidenti ilə Ukrayna baş naziri martın 12-də görüşəcək

Obama Yatsenyuku gözləyir ABŞ prezidenti Barak Obama martın 12-də Ukraynanın yeni hökumətinin baş naziri Asreniy Yatsenyuku qəbul edəcək.

Bu xəbəri ABŞ prezident Administrasiyasının mətbuat xidmətinin məlumatına istinadən Ukrayna saytları yayıb. Xəbərdə bildirilir ki, gözlənilən görüşdə Barak Obama Kiyevdə və Krımdakı siyasi böhran zamanı mərdliyinə və dönməzliyinə görə Ukrayna xalqına xüsusi təşəkkürlərini bildirəcək. ABŞ hakimiyyəti həmçinin Ukraynanın yeni hökumətinə də qəti dəstəyini nümayiş etdirəcək.

Amerika prezidenti ilə Ukrayna baş naziri görüşündə əsas mövzu Rusiyanın Krıma hərbi müdaxiləsi olacaq. Söhbət zamanı Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün qorunması, həmçinin münaqişənin sülh yolu ilə sakitləşdirməyin çıxış yolları müzakirə ediləcək.

Obama və Yatsenyuk həmçinin siyasi və iqtisadi problemlərin aradan qaldırılması üçün Ukraynaya göstərilən beynəlxalq dəstəyi və iqtisadi yardımları da danışacaqlar. Söhbət əsnasında may ayında keçiriləcək prezident seçkilərinə də toxunulması gözlənilir.

 





10.03.2014    çap et  çap et