Bu gün (10 mart) keçirilən iclasda yekun nəticə bu olub ki, AWACS kəşfiyyat təyyarələri Polşa və Rumıniya səmasında uçaraq Ukrayna böhranındakı vəziyyəti müşahidə etsin. Xüsusi qeyd olunub ki, bütün kəşfiyyat uçuşları yalnız NATO dövlətlərinin hava məkanlarında həyata keçirilsin.
Alyans rəsmisinin sözlərinə görə, uçuşları Qaylenkirxen (Almaniya) və Uoddinqton (Böyük Britaniya) hərbi bazalarının təyyarələri və şəxsi heyətləri gerçəkləşdirəcək.
Qurumun sözçüsü həmçinin əlavə edib ki, ilk kəşfiyyat uçuşu bu günlərdə baş tutacaq: «NATO-nun AWACS təyyarələri hazırlıq səviyyəsi ən yüksək olan hərbi birləşmələrdir və an qısa müddətdə hərəkətə keçmək bacarığı var. Biz ilk uçuşun yaxın günlərdə həyata keçiriləcəyini gözləyirik».