Amma nəzərə alsaq ki, Bayden Azərbaycanla əlaqələrə ehtiyac duyduqlarını və bu məsələdə Transxəzər layihələrini qabartmışdı. Transxəzər layihələrinin də uğurlu hazırlanması və icrası üçün İranla bəzi anlaşmaların əldə edilməsinə ciddi ehtiyac vardı.
Niyə məhz İran?
Çünki Xəzərin dibinin bölüşdürülməsi məsələsində əsas dirəniş nöqtəsi hazırda İranın mövqeyidir. Düzdür, bir müddət 2018-ci ilə qədər Xəzərdən maksimal faydalanmaq üçün Xəzərin statusu - bölünməsi ilə bağlı həm də Türkmənistan kapriz sərgiləyirdi. Amma sonradan Türkmənistanla anlaşmaq mümkün oldu. Elə buna görə də Dostluq yatağının birgə işlənməsilə bağlı razılıq da əldə edildi. Bu hal 2018-ci ildə Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın Qazaxıstanda qəbul edilməsindən sonra mümkün oldu. Bu Konvensiyada Xəzərin səthinin bölgüsü dəqiq əksini tapır. Belə ki, sərhədyanı ölkələrin sərhədləri boyu Xəzərin dərinliyinə doğru 28 km məsafəsi hər bir ölkənin öz ərazi suları hesab edilir. 18 km məsafədə isə balıq ovlamaq ixtiyarına sahibdirlər. 28 km-dən sonra ortada qalan böyük hissə isə 5 ölkənin ümumi istifadəsinə aid edilir.
Amma Xəzərin dibinin bölünməsində vəziyyət daha qəlizdir. Bu məsələdə illərdir ki, tərəflər razılığa gələ bilmir. Gec də olsa 4 ölkə bir təhər razılaşıb, qalıb İran. Xəzərın ehtiyatlarında normal istifadə, Transxəzər layihələrin icrası, Avropaya daha çox neft-qaz ixracının həyata keçirilməsi üçün İranla danışıqların yeni mərhələsinə ehtiyac var. Ümid edək ki, İranın neft naziri ilə yeni imzalanan memorandum bu məsələnin də həllinə öz töhfəsini verəcək.