Stokholmdakı Müharibə Tədqiqatları İnstitutunun (“Institute for the Study of War” – “ISW”) son hesabatında belə deyilir.
Ekspertlərin fikrincə, Ukraynanın Xarkov vilayətindəki İzyum şəhəri uğrunda gedən döyüşlərdə Rusiya qoşunlarının komandirləri meşəlik ərazilərdə döyüşən hərbi birləşmələri gərəkli avadanlıq və texnika ilə vaxtında təmin etməyiblər.
Bundan başqa, həmin hərbi birləşmələrin ağır artilleriya vasitələri vaxtında təmir edilməyib, komanda mərkəzləri və qərargahlarla effektiv rabitə qurulmayıb, şifrələnmiş telefonlar çatışmazlığından komandirlər adi messencer proqramlardan istifadə etmək məcburiyyətində qalıblar.
Məhz döyüşən birliklərlə komandanlıq arasında normal rabitənin olmaması ukraynalılara Rusiya qoşunlarının ön mövqelərinə ağır zərbələr endirməyə imkan verib.
Bütün bunlarla yanaşı, “Vaqner” Özəl Hərbi Şirkətinin yaraqlıları döyüşlərə qatılmaqdan boyun qaçırıblar ki, nəticədə Rusiya qoşunları İzyum qövsü boyunca irəliləyə bilməyiblər.
Nəticədə Rusiyanın 35-ci ümumqoşun ordusu İzyum ətrafında faktiki olaraq məhv edilib. (Milli.Az)