Vaxt.Az

“Müttəfiqliyə hazır olduqlarını göstərməlidirlər”


 

NATO baş katibi Türkiyənin narahatlıqlarını aradan qaldırmağın zərurətini izah edib

“Müttəfiqliyə hazır olduqlarını göstərməlidirlər” NATO-nun baş katibi Yens Stoltenberq Finlandiyanın baş naziri ilə görüşüb və Finlandiya və İsveçin alyansa qoşulmasına qarşı müqavimətini dəf etmək üçün Türkiyə prezidenti ilə söhbət edib.

Bu həftə ABŞ-a səfər edən Stoltenberq cümə günü “Twitter”də Vaşinqtonda ikən Finlandiyanın baş naziri Sanna Marin ilə gördşüşdüyünü və “Türkiyənin narahatlıqlarını aradan qaldırmağın” və Finlandiya və İsveçin üzvlük müraciətlərini qəbul etməyin “zərurətini” müzakirə edib.

Rusiyanın Ukraynadakı müharibəsi Skandinaviya ölkələrini NATO-ya qoşulmaq üçün müraciət etməyə vadar edib, ancaq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveç və Finlandiyanı kürd terroçularını dəstəkləməkdə günahlandırır.

Stoltenberq deyib ki, onun Ərdoğanla “konstruktiv telefon söhbəti” olub. O, Türkiyəni “dəyərli müttəfiq” adlandırıb. Türkiyənin Rusiyanın hərbi müdaxiləsinin səbəb olduğu qlobal ərzaq qıtlığı fonunda Ukraynadan taxılın təhlükəsiz şəkildə daşınmasını təmin etmək məqsədilə razılıq əldə etmək üçün apardığı səyləri yüksək qiymətləndirib. Stoltenberq tvitində, təfərrüatları paylaşmadan bildirib ki, o, Ərdoğanla dialoqu davam etdirəcək.

Ərdoğanın ofisi bəyanat yayaraq bildirib ki, prezident Finlandiya və İsveçin “terrorizmi dəstəkləməyə son qoyduqlarını”, Türkiyəyə qarşı müdafiə ixracına qoyulan məhdudiyyətləri aradan qaldırdıqlarını və “müttəfiqlik həmrəyliyi nümayiş etdirməyə hazır olduqlarını açıq şəkildə göstərməli olduqlarını” vurğulayıb.

Bir sıra ölkələr, o cümlədən Skandinaviya ölkələri Türkiyənin 2019-cu ildə Suriyanın şimalına hərbi müdaxiləsindən sonra silah satışına məhdudiyyətlər qoyub.

NATO rəhbərinin diplomatik səyləri İsveç, Finlandiya və Türkiyədən yüksək vəzifəli rəsmilərin Türkiyənin iki ölkənin üzvlük müraciətinə etirazını müzakirə etmək üçün gələn həftə NATO-nun qərargahlandığı Brüsseldə keçiriləcək görüşündən öncəyə təsadüf edib.

 





04.06.2022    çap et  çap et