Vaxt.Az

Aviasiya fəal olsa da ...


 

Rusiyanın dəqiq idarə olunan raketləri əhəmiyyətli dərəcədə tükənib

Aviasiya fəal olsa da ... Böyük Britaniyanın Müdafiə Nazirliyi Ukraynanda apardığı müharibədə Rusiya təyyarələrinin istifadəsi ilə bağlı yeni kəşfiyyat hesabatını dərc edib. Hesabatda qeyd olunur ki, döyüşlərin getdiyi Donbas ərazisində Rusiya aviasiyasının fəallığı yüksək olaraq qalır.

Qeyd olunur ki, işğalın ilk günlərdə Rusiyanın Ukraynaya məxsus hava hücumundan müdafiə sistemlərini zəiflədə və ya sıradan çıxara bilməməsi səbəbindən aviasiyanın quru bölmələrini dəstəkləmə imkanları məhdudlaşıb.

Bu da nəticədə Kiyev istiqamətində irəliləyişin qarşısını alıb. Belə ki, Rusiya təyyarələrinin fəaliyyəti Ukrayna qoşunlarının möhkəmlənməsi və irəliləməsinin qarşısını almaq üçün hava və yerüstü raketlərdən zərbələr endirməklə məhdudlaşıb. Həm də bu zərbələr münaqişəyə ciddi təsir göstərməyib və nəticədə Rusiyanın dəqiq idarə olunan raket ehtiyatı əhəmiyyətli dərəcədə tükənib.

Böyük Britaniya Müdafiə Nazirliyinin hesabatında Rusiyanın uğursuzluqları ilə yanaşı həm də vurğulanır ki, diqqətini Donbasa yönəltməklə Rusiya, hava hücumlarını və ağır artilleriya atışlarını birləşdirməklə hava gücündən istifadəni artıra bilib.

Hesabatda qeyd olunur ki, bu son addım Rusiyanın Donbas regionundakı son taktiki uğurunda əsas amil olub. Sənəddə o da vurğulanır ki, idarə olunmayan mərmilərdən istifadənin artması Donbasın yaşayış məntəqələrinin kütləvi şəkildə məhv edilməsi və mülki əhali itkisinə səbəb olub.

 





04.06.2022    çap et  çap et