Bu gün isə dünyada və xüsusilə ABŞ-da çox mürəkkəb durum yaranıb. Neftin qiymətlərinin enməsi Baydenə hava-su kimi lazımdır. Bu, bütün dünya üçün də vacib və strateji məsələdir. Əks-halda Bayden Putini qısa zaman ərzində bitirə bilməyəcək (nəticədə bitirəcək, amma buna daha çox vaxt sərf olunacaq. Ukrayna daha böyük itkilərlə üzləşəcək). Dünyada neftin bahalaşması səbəbindən yanacağın yüksək qiymətlərinə görə AB, demokratlarının 8 noyabrda Konqres seçkilərində də uduzmaq ehtimalı daha çox olacaq.
Buna görə ABŞ-ın diplomatları Səudiyyə Ərəbistanında gecə-gündüz çalışırlar. Məlumata görə Məhəmməd ibn Salmanla danışıqlar uğurlu gedir. Kral neft hasilatını artırmağa hazırdır. Əvəzində ABŞ ölkəyə yeni silahlar satacaq və adalar səbəbindən Misirlə Səudiyyə Ərəbistana arasında yaranan problemlərin həllini öz üzərinə götürəcək.
Amma Məhəmməd ibn Salmanın bir şərti də var. ABŞ prezidenti Ər-Riyada səfər etməlidir. Bayden bu şərti qəbul edib. Ağ Ev hələ ki bu haqda susur. Amma bu xəbər yaxın vaxtlarda açıqlanacaq.