Vaxt.Az

Külli miqdarda rüşvət və ...


 

Nəcməddin Sadıkovun köməkçisi həbs edildi

Külli miqdarda rüşvət və ... Bakı Hərbi Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə müstəntiqin Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun sabiq rəisi Elxan Məcidovun barəsində vəsatətinə baxılıb.

Məhkəmənin 04.06.2022-ci il tarixli qərarına əsasən Elxan Məcidovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Elxan Məcidovu istintaq orqanı Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi ilə külli miqdarda rüşvət almada və digər cinayət əməllərində təqsirləndirir.

Elxan Məcidov xidmət etdiyi dövr ərzində, çoxsaylı hərbi qulluqçuların külli miqdarda rüşvət müqabilində əsassız olaraq Mərkəzi Ordu İdman Klubuna köçürülməsini, aylığa buraxılmasını təmin edib.

Qeyd edək ki, Elxan Məcidov əvvəllər Azərbaycan Ordusunun sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun köməkçisi vəzifəsində çalışıb. (Trend)

 





04.06.2022    çap et  çap et