Vaxt.Az

İşğalçının itkiləri


 

Canlı qüvvə 31 mini keçdi, tank-zirehli texnika 4800-ə yaxınlaşır

İşğalçının itkiləri Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı məlum olub. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 31 150 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 1 381 ədəd tankı, 3 392 ədəd zirehli döyüş maşını, 686 ədəd artilleriya sistemi, 207 ədəd reaktiv yaylım atəş sistemi, 95 hava hücumundan müdafiə sistemi, 210 ədəd hərbi təyyarəsi, 175 ədəd helikopteri, 2 360 ədəd nəqliyyat vasitəsi və avtosistern, 13 ədəd gəmi (kater), 548 ədəd PUA, 122 qanadlı raket və 53 ədəd xüsusi texnikası məhv edilib.

 





05.06.2022    çap et  çap et