Onun sözlərinə görə, koronavirus pandemiyasının səngiməsindən keçən qısa müddət ərzində ölkədə 5 min tibb bacısı işdən çıxarılıb.
O, bunu pandemiya dönəmində tibb bacılarının müvəqqəti müqavilələrlə işə götürülməsi, indi onlara ehtiyacın olmamaması ilə əlaqələndirib.
Mirzabeygi bununla yanaşı hal-hazırda ölkə xəstəxanalarında 100 min tibb bacısına ehtiyac olduğunu qeyd edib.
Bundan qısa müddət öncə Məhəmməd Mirzabeygi ölkədə tibb bacısı çatışmazlığı olduğunu bildirib.
Qeyd edib ki, əmək təhlükəsizliyi ilə bağlı təminatın olmaması və əmək haqlarının azlığı üzündən hər ay ortalama 150-200 tibb bacısı ölkəni tərk edir.