Nazirə görə, “dinləmə riski və icazəsiz məlumat sızması təhlükəsi realdır və onları qiymətləndirməmək olmaz”.
Belə risklərin daha çox hökumət qurumlarının yerləşdiyi məhəllələrdə mövcud olduğu bildirilir.
Hökumət məhəlləsi Berlinin mərkəzində yerləşir və burda bir sıra qurumlarla yanaşı Federal Kanslerin ofisi və Almaniya Xarici İşlər Nazirliyinin binaları yerləşir. Xanım Fezer görə, Rusiya “hibrid müharibəsi” aparır, bu səbəbdən də Berlin özünü müdafiə etmək üçün hərəkətə keçməyə məcburdur.
“Buna görə də biz Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bildiyimiz 40 nəfəri Berlindəki Rusiya səfirliyindən qovduq”, – nazir bildirib.
Aprelin əvvəlində Almaniya Rusiya səfirliyinin 40 əməkdaşını ölkədən çıxarıb.
Xarici işlər naziri Annalena Berbok, “onlar hər gün burda, Almaniyada azadlığımıza, cəmiyyətimizin birliyinə qarşı çalışıblar” söyləyib.
Moskva Berlinin bu addımını cavabsız qoymayıb, bir müddət sonra Almaniya diplomatik missiyasının 40 əməkdaşını ölkədən çıxarılıb.