Şərqi Azərbaycan Vəkillərinin İnsan Haqları Komissiyasının sədr müavini Sina Yusifi bu barədə “Twitter” hesabında paylaşım edib.
“Bir müddət öncə 17 il həbs, 2 il sürgün cəzasına məhkum edilmiş müvəkkillərdən birinin cinayət işini araşdırmaq üçün Evin zindanındakı “Şəhid Müqəddəs” Məhkəməsinə getdim. Bir neçə cilddən ibarət qalın bir dosye gözləyirdim, ancaq bütün dosye 32 səhifə idi”, – deyə Yusufu yazıb.
Onun sözlərinə görə, müttəhimin barəsində çıxarılan hökmdə onun xatirələrini türkcə və latın qrafikası ilə yazdığı, bunun isə ölkənin rəsmi dilinə qarşı üsyanı olduğu qeyd olunub.
Sina Yusifi barəsində paylaşım etdiyi müttəhimin kimliyi barədə heç bir açıqlama verməyib.